Yaşayış fondu üzrə tariflər azaldılıb

Yaşayış fondu üzrə tariflər azaldılıb
  31 İyul 2023    Oxunub:953
Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə bu gün qəbul etdiyi qərara əsasən, Azərbaycanda yaşayış fondu üzrə tariflər azaldılıb.
Çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək.

Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq 0,40, 0,32 və 0,30 manat əlavə edilir.

Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib.

Daşınmaz əmlakın bütün qeydiyyat əməliyyatlarında dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı qeyri-yaşayış təyinatlı obyektlər üçün dəyişdirilmədən 120 manat məbləğındə saxlanılıb, yaşayış təyinatlı əmlaklar üçün 30 manatdan 36 manata qədər olmaqla müəyyən edilib.

Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə xidmət haqqı tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30 manatdan az olmamaqla hesablanır.

Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi tarifi 120 manat olaraq təsdiq edilmişdir. Mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq olunur.

Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə) 10 manat xidmət haqqı tətbiq olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti