Ərdoğan: "Zəngəzur dəhlizi dərhal açılmalıdır"

      Ərdoğan:    "Zəngəzur dəhlizi dərhal açılmalıdır"
  31 İyul 2023    Oxunub:1087
Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan vurğulayıb ki, Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərini davam etdirir.

Transxəzər və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə toxunan Ərdoğan bu yollardan daha səmərəli istifadənin vacibliyini əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti