“TotalEnergies” ilə enerji layihələrində əməkdaşlıq müzakirə edilib

“TotalEnergies” ilə enerji layihələrində əməkdaşlıq müzakirə edilib
  04 Avqust 2023    Oxunub:1472
Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə energetika sahəsində həyata keçirilən layihələri və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən layihələr və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, deyə M.Cabbarov qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti