Dəmir yolu ilə sərnişin daşımaları 50%-dən çox artıb

   Dəmir yolu ilə sərnişin daşımaları 50%-dən çox artıb
  04 Avqust 2023    Oxunub:1236
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolları ilə 3 753 456 nəfər insan daşınıb.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC öz “Facebook” səhifəsində paylaşım edib.

Qeyd olunur ki, bu ilin yanvar-iyul aylarında dəmir yolları ilə sərnişindaşımada 51% artım olub.

“Bu ilin ilk 7 ayında dəmir yolları ilə sərnişindaşımada 51% artım olub. İlin əvvəlindən bu günə kimi qatarlarımızla 3 753 456 milyon insan səyahət edib”, - paylaşımda bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti