Bu avadanlıq və materiallar 2 il gömrük idxal rüsumuna cəlb olunmayacaq

Bu avadanlıq və materiallar 2 il gömrük idxal rüsumuna cəlb olunmayacaq
  05 Avqust 2023    Oxunub:1496
Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (NEZ, xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar bu il yanvarın 1-dən 2 il müddətinə gömrük idxal rüsumuna cəlb olunmayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti