İsti hava şəraitinə görə əhaliyə verilən suyun həcmi artırılıb

İsti hava şəraitinə görə əhaliyə verilən suyun həcmi artırılıb
  08 Avqust 2023    Oxunub:1402
Son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilərlə əlaqədar içməli suya tələbat artıb.
Bu barədə AzVision.az -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülməkdədir.

Havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda, anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir.

Hidrometeroloji proqnozlara görə, kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.

AzVision.az



Teqlər: Su  





Xəbər lenti