Çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbirlər keçirilib

Çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbirlər keçirilib
  12 Avqust 2023    Oxunub:1436
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış və çimərliklərdə təhlükəsizlik qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsindəki Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Novxanı qəsəbəsindəki çimərlikdə, Sumqayıt Bələdiyyəsinin “İnşaatçı” məhəllə komitəsində, Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy rayonu Çalburun kənd körpələr evi-uşaq bağçasında, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Dezinfeksiya Stansiyasınında, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran–Astara Regional Məşğulluq filialında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonunun Gigiyena və Epidemiologiya Mərkəzində və Olimpiya İdman Kompleksində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Heydər Əliyev Mərkəzində və Qarabağ Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Tərtər rayon şöbəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti