Arvadını ayının pəncəsindən qışqıraraq aldı

Arvadını ayının pəncəsindən qışqıraraq aldı
  15 Avqust 2023    Oxunub:1409
Yakutiyanın Dağlıq adlanan rayonunda ayı qadına hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə “Ule kuhe” Telegram kanalı məlumat yayıb.

Hadisə avqustun 14-də Mıtax kəndindən 10 kilometr aralıda baş verib.

Vəhşi heyvanın hücumu zamanı yerli sakin çaydan su götürümüş. Ayı qadına xəsarət yetirə bilsə də, onun əri vəhşi heyvanı qorxuda bilib.

"Kişi arvadının təhlükədə olduğunu görəndən sonra, ayıya doğru qaçıb və yüksək səslə qışqırıb. Bundan sonra heyvan ərazidən uzaqlaşaraq meşədə gözdən itib", - məlumatda yazılıb.

Qadın Berdiqestax kəndindəki xəstəxanaya aparılıb. Onun hazırda vəziyyəti orta-ağırdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ayı  





Xəbər lenti