“Tesla” Çinə uduzur – İnfoqrafika

   “Tesla” Çinə uduzur –    İnfoqrafika
  15 Avqust 2023    Oxunub:1266
Dünyada ən çox elektrikli avtomobil istehsal edən şirkət Çinin BYD şirkətidir. İkinci yerdə “Tesla”, 3-cü yerdə “Wolksvagen” gəlir.
BYD ilə yanaşı “Geely” (8-ci yer), “GAC” (11-ci yer), “BAİC” (12-ci yer), “Chery” (14-cü yer), “Changan” (15-ci yer) elektrikli nəqliyyat vasitələri bazarında “Çin qrupu”nu əmələ gətirir.


4-cü yerdə Amerikanın avtomobil nəhəngi “General Motors” qərarlaşıb. İlk beşliyi İtaliya-Fransa birgə şirkəti olan “Stellantis” qapadır. Bu şirkət 2030-cu ilə qədər Avropa EV (electronic vehicle) bazarında üstünlüyü ələ almaq məqsədilə yaradılıb.

Altıncı yeri Şərqin digər təmsilçisi “Hyundai” tutur. Almaniyanın tanınmış avtomobil istehsalçılarından BMW 7-ci, “Mersedes” 9-cu yerlərdədirlər.

Samir Quliyev
AzVision.az


Teqlər: Texnika   Avtomobil  





Xəbər lenti