Bu il içki və siqaretə 1,3 milyard xərclənib

Bu il içki və siqaretə 1,3 milyard xərclənib
  16 Avqust 2023    Oxunub:1252
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 370.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Bu barədə AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 437,9 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,1 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 246,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191 manatlıq qeyri-ərzaq malları alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti