"Yadplanetlilər hörümçəyə oxşayır və fil boydadırlar"- Daukins

 "Yadplanetlilər hörümçəyə oxşayır və fil boydadırlar"-    Daukins
  17 Avqust 2023    Oxunub:2195
İngiltərəli elm adamı, təkamül üzrə ekspert Riçard Daukins diqqət çəkən açıqlamalar verib.
Daily Star-a açıqlama verən ekspert deyib ki, potensial yadplanetlilər hörümçəklərə bənzəyə bilərlər. Onlar həm də fil boyda da ola bilərlər.

Dünyanın 12 universitetinin fəxri doktoru olan Daukinsin fikrincə, yadplanetlilər Yerə bənzər bir planetdə yaşasaydılar, böyük ehtimalla insanlara da bənzəyəcəkdilər.

Antarktidada yadplanetlilərə bənzəyən varlıq tapılıb
“Çox güman ki, bizim Yerə bənzər başqa bir planet var. Bəlkə də bizə oxşayan canlılar təkamül belə keçiblər. Ancaq yadplanetlilər cazibə qüvvəsi çox zəif olan bir planetdən gəlsələr, o zaman onların görünüşü hörümçəklərə bənzəyəcək və bu cür həyat formalarının fiziki ölçüləri fillərlə müqayisə edilə bilər", - o qeyd edib. Mütəxəssis bu məlumatları çoxillik araşdırma işlərinə əsasən ortaya qoyub.

Daukins qətiyyətlə yalnız yer kürəsində canlıların olmadığını deyib: "Mən tamamilə əminəm ki, yerdən kənar, kosmosda həyat var".

Qeyd edək ki, Oksford Universitetində çalışan 82 yaşlı professor təkamüllə bağlı kitablarına görə bir sıra mükafatlar alıb. O, dünyanın aparıcı elmi ekspertlərindən biri kimi tanınır və yüzlərlə sənədli filmldə çəkilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yadplanetli   Yer   Professor   Elm  





Xəbər lenti