Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 9 dəfə artıb

Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri    9 dəfə artıb
  19 Avqust 2023    Oxunub:1320
Bu ilin yanvar-iyul aylarında "Azərenerji" ASC 2 milyard 829 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
AzVision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 314,46 milyon ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 1,51 %, qeyri-neft sektoru üzrə ixracında isə 15,67 % paya malik olub.
AzVision.az



Teqlər:





Xəbər lenti