Sərginin məqsədi fiziki qüsurlu uşaqların bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onların da cəmiyyətə reablitasiyasını təmin etməkdir. Sərgi Asan Könüllüləri Gənclər Təşkilatının “Hər uşaq 1 çiçəkdir” devizi altında keçirilir.
“Asan Könüllüləri Gənclər Təşkilatı”nın baş katibi Afaq Qubadova bildirib ki, təşkilatın əməkdaşları qüsurlu uşaqlara maddi dəstək ola bilməsələr də mənəvi dəstək olmağa çalışıblar: “ Təəssüflər olsun ki, heç bir maddi dəstək göstərə bilmədik. Bizim layihələrimiz var, “Hər uşaq bir çiçəkdir”.