FHN bu məlumatı ərizəçilərin elektron ünvanına göndərəcək

FHN bu məlumatı ərizəçilərin elektron ünvanına göndərəcək
  29 Avqust 2023    Oxunub:1534
Tikinti obyektlərində aparılmış müayinənin nəticələri barədə məlumat ərizəçilərin elektron ünvanına göndəriləcək.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə öz vəzifələrinin icrası istiqamətində fəaliyyətini davam etdirir: "Nazirlik vətəndaşların nəzərinə çatdırır ki, dövlət başçısının sözügedən Fərmanı çərçivəsində müvafiq sənədləri icraata qəbul edilmiş tikinti obyektlərində aparılmış müayinənin nəticələri barədə məlumat sənəd qəbulu zamanı ərizədə qeyd edilən elektron ünvana göndəriləcək".

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti