Elmar Vəliyev vitse-prezidentə xalça bağışladı - FOTO

Elmar Vəliyev vitse-prezidentə xalça bağışladı - FOTO
  07 İyun 2014    Oxunub:1227
Asiya İnkişaf Bankının vitse-prezidenti Vançay Yanq Gəncəyə səfər edib. Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşən bank təmsilçisi burada işgüzar söhbət aparıb.
AzVision.az xəbər verir ki, söhbət zamanı Vançay Yanq deyib ki, Asiya İnkişaf Bankı Azərbaycan hökuməti ilə bir çox sahələr, o cümlədən, yol-nəqliyyat, energetika və digər infrastruktur layihələrin həyata keçirilməsində əməkdaşlıq edir. Əsasən regional layihələrin icrasına üstünlük verən Asiya İnkişaf Bankı bu əlaqələri gələcəkdə də genişləndirmək fikrindədir və bu baxımdan Gəncəyə ilk səfərinin məqsədi də elə budur.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycanda, eləcə də Gəncə regionunda görülən işlərə görə Asiya İnkişaf Bankının rəhbərliyinə minnətdarlıq etmiş və bir neçə məsələ ilə bağlı məsləhətləşmələr aparıb. Elmar Vəliyev Gəncə dairəvi yoldan Samux rayonu ərazisinədək olan məsafədə yerləşən kənd və qəsəbə sakinlərinin ehtiyaclarının nəzərə alınaraq magistral yolun yenidən qurulmasını xahiş etmişdir. Bank təmsilçisi bu işin həlli üçün əlaqədar nazirliklərlə məsləhətləşmələr aparacağını diqqətə çatdırıb.

Görüşün sonunda Asiya İnkişaf Bankının vitse-prezidentinə Gəncədən xatirə olaraq dahi Nizami Gəncəvinin ingilis dilində “Xəmsə”si və üzərində portreti olan xalça hədiyyə edilib.


Teqlər:





Xəbər lenti