“Baku Fires” başladı: boksçumuz 1:0 öndə YENİLƏNİB

 “Baku Fires” başladı: boksçumuz 1:0 öndə YENİLƏNİB
  08 İyun 2014    Oxunub:1187
“Sərhədçi” İdman Olimpiya Mərkəzində Dünya Boks Seriyası (WSB) Liqasının 2013-2014-cü illər mövsümünün final mərhələsinin ikinci görüşü başlayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, həlledici mərhələdə Azərbaycanın “Baku Fires” komandası Kubanın “Cuba Domaderos” kollektivi ilə qarşılaşır.

Turnirdə Elvin Məmişzadə (52 kq, “Baku Fires”) Gerardo Servantez (“Cuba Domaderos”) ilə, Albert Səlimov (60 kq) Lazaro Alvares ilə, Məhəmməd Nuruddinov (69 kq) Roniel İqlesias Soqolonqo ilə, Mixail Dolqolevets (81 kq) Xulio Sezar de la Kruz ilə, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) isə Xose Larduet ilə üz-üzə gələcəklər.
Komandalar arasında keçirilmiş ilk görüş “Cuba Domaderos”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

A.Səlimov ikiqat dünya çempionu, London Olimpiadasının bürünc mükafatçısı Lazaro Alvarezin müqavimətini qırmağa çalışacaq. L.Alvarez bu çempionatda bütün görüşlərdə qələbə qazanıb. R.Sotolonqo Olimpiya və dünya çempionudur. Təcrübəli M.Nuruddinova bu qarşılaşmada çətin olacaq.
A.Mahmudovun rəqibi olacaq X.Larduet isə 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında bürünc medala sahib olmuşdur.
İki görüşdən sonra qalib müəyyənləşməsə, o zaman 69 kiloqram çəki dərəcəsində Yevgeni Romaşkeviç (“Baku Fires”) ilə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcəkdir.

İlk görüş 52 kiloqram çəki dərəcəsində keçirilmişdir. “Baku Fires” komandasının boksçusu Elvin Məmişzadə Gerardo Servantez ilə qarşılaşmışdır. Turnirin birinci görüşü boksçumuzun xeyrinə başa çatıb və “Baku Fires” 1:0 hesabı ilə önə keçib.

İkinci görüşdə hesab bərabərləşib – 1:1.
Kuba təmsilçisi Roniel İqlesias Soqolonqo (69 kq) boksçumuz Məhəmməd Nuruddinovdan üstün olub.


Teqlər:  





Xəbər lenti