Geomaqnit qasırğasının baş vermə ehtimalı var

   Geomaqnit qasırğasının baş vermə ehtimalı var
  04 Sentyabr 2023    Oxunub:1686
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə AzVision.az -a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəşin fəallığı artıb. Günəş ləkələrinin sayı artaraq, 6 ləkə qrupu və 77 ləkə müşahidə olunur. Günəş küləyinin sürəti artaraq 743 km/san qeydə alınıb. Hazırda Günəş küləyinin sürəti 431 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4 nT, radial istiqamətdə isə -2 nT təşkil edir.

Sentyabrın 4-dən 11-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Sentyabrın 4-dən 6-dək TKA-nın və müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə Günəş küləyinin öz sürətini saxlayacağı gözlənilir. Geomaqnit sahəsinin tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsiri ilə sentyabrın 6-dək qeyri-sabit və aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır. Əgər Yerə istiqamətlənmiş TKA-nın da təsiri əlavə olunarsa, yenidən geomaqnit qasırğasının baş vermə ehtimalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti