Gürcüstana dolu yağdı
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Gürcüstanın Raca-Leçxumi bölgəsinin Ambrolauri rayonuna güclü dolu yağıb.
Rayonun yaşlı sakinləri bu cür dolunu xatırlamadıqlarını bildiriblər. Güclü yağışla müşayiət olunan dolu rayonun əksər kəndlərində fəsadlar törədib, üzüm plantasiyalarını, əkin sahələrini məhv edib.
Gürcüstan Baş nazirinin göstərişi ilə zərərin miqyasını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
Dolunun Borjomi rayonunda da fəsadlar törətdiyi qeyd olunub.