Brakonyerliyin qarşısının alınması getdikcə aktuallaşır

Brakonyerliyin qarşısının alınması getdikcə aktuallaşır
  05 Sentyabr 2023    Oxunub:2394
Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı müsahibimiz “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyinin sədri Vüqar Abdullayevdir.

- Vüqar bəy, öncə təmsil etdiyiniz qurumun fəaliyyəti barədə məlumat verərdiniz.
- Klubumuz olan “Bakı Balıqçılar və Sualtı Ovçular Klubu” İctimai Birliyi 2011-ci ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib. Aktiv fəaliyyətə isə keçən ilin dekabr ayından Azərbaycanda ilk dəfə təşkil olunan “Balıqçılar Qurultayı” ilə başlamışdır. Bu qurultayda qardaş ölkə Türkiyənin idman balıqçıları klubu ilə saziş imzalamışıq. Klubumuz bu ilin yanvar ayının sərt qış şəraitində keçməsi ilə vəhşi təbiətdə yaşayan quşları yemləmə aksiyası təşkil etmişdir. Bundan əlavə, dünyada təşkil olunan balıq ovunun “surf casting” növü üzrə Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunmuş “Odlar Yurdu” adı altında beynəlxalq turnir təşkil etmişik. Bu turnir öncəsi sahiltəmizləmə aksiyamız da olub. Klubumuz bu turniri təşkil etməklə beynəlxalq “İnternational Surf Casting Friendship Cup” qurumunda təşkilatçı ölkə hüququ qazanıb. Sentyabr ayında Polşada təşkil olunacaq turnirə 4, oktyabr ayında Türkiyədə təşkil olunacaq turnirə 10, noyabr ayında Tunisə 2, dekabr ayında Kiprə isə 2 idmançı göndərəcəyik. Klubumuz daha çox vətənimizdə mədəni balıqçılığın inkişafı üçün çalışır. Mədəni balıqçılığı inkişaf etdirmək üçün isə sentyabr ayında ölkə daxili “carp fishing” növü üzrə Mingəçevir su anbarında “Azərbaycan Karpfişinq Kuboku” təşkil edir. Hədəflərimiz siyahısında bu ilin sonuna 2-ci “Balıqçılar Qurultayı” və 2024-cü ildə isə 2 ci “Odlar Yurdu” beynəlxalq turniri təşkil etmək var.
- Azərbaycanda su hövzələrinin və ətrafındakı ərazilərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Kafi qiymətləndirsək də, son zamanlar apardığımız müşahidələr müsbətə doğrudur, həm su akvatoriyalarımızda, həm də sahilyanı ərazilərimizdə bu baxımdan müsbət dəyişikliklər müşahidə olunur. Son zamanlar su hövzələrində balıq sayının artımını da müşahidə edirik.
- Xəzər dənizi ilə bağlı çirklənmə və brakonyerliyin qarşısının alınması üçün hansı təklifləriniz ola bilər?
- Biz hamımız öncə maariflənməli və maarifləndirməliyik. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə təşkil etməliyik. Lazım gələrsə, cəza tədbirlərini də sərtləşdirməliyik.
- İndiyədək su hövzələrinin çirklənməsi hallarının aradan qaldırılması və oradakı biomüxtəlifliyin qorunması sahəsində hansı təşəbbüsləriniz, nəticələriniz olub?
- Yenidən aktiv fəaliyyətə keçməyimizə baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, vəhşi heyvanları yemləmə, sahili təmizləmə və kiçik balıqları suya buraxma aksiyalarımız olub.
- Hansı effektiv üsullar tətbiq olunmalıdır ki, su hövzələri ilə bağlı brakonyerlik halları aradan qaldırılsın?
- Yalnız maariflənmə. Çünki brokonyerliklə məşqul olan vətəndaşlarımız lazımi dərəcədə maariflənməyib. Biz insanları maarifləndirmək məqsədilə turnirlər təşkil edir, kütləvi informasiya vasitələrinə müsahibələr verir, qurultay və mütəmadi iclaslar keçirir və əyalətlərdə nümayəndəliklər yaradırıq.
- Bu sahədə hansı qurumlarla əməkdaşlıq etmisiniz?
- Beynəlxalq müstəvidə idman klubları, Ekologiya və Təbii Sərvətlər və İdman nazirlikləri ilə
AzVision.az





Teqlər: Su-Hövzələri  





Xəbər lenti