Xarici qeydiyyatlı nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib

Xarici qeydiyyatlı nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib
  05 Sentyabr 2023    Oxunub:1304
Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

- avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

- oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

- avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

- Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.
AzVision.az



Teqlər:





Xəbər lenti