İçkini tərgidəndən sonra qaraciyərdə nə baş verir? – Narkoloqdan açıqlama

   İçkini tərgidəndən sonra qaraciyərdə nə baş verir? –    Narkoloqdan açıqlama
  20 Sentyabr 2023    Oxunub:1562
Alkoqolun ən çox zərər verdiyi orqan qaraciyərdir. Əgər geridönməz dəyişiklik baş verməyibsə, alkoqoldan imtina etdikdən sonra bəzi şərtlərlə qaraciyəri bərpa etmək olar.
AzVision.az xəbər verir ki, narkoloq Marina Kalyujina içkini tərgitdikdən sonrakı müddətdə orqanizmdə nələrin baş verdiyini açıqlayıb.

“Alkoqolun dozası artdıqca sirroz riski artır. İnsan içkini tərgitdikdən 3 ay sonra beyindən spirt təmizlənir.

1 il ərzində isə qaraciyər tamamilə öz-özünü bərpa edə bilər. Bundan əlavə, metobolizm yaxşılaşır, ümumi əhval düzəlir, beyin aydınlanır. Kişilərdə cinsi disfunksiya düzəlir.

Qaraciyəri sirroza və xərçəngə aparan klassik alkoqolizmin simptomları:

- İçkinin miqdarına nəzarət edilmir

- Yaddaşda kəsinti

- “poxmel”sindromu

- Dərinin qocalması, bədənin saralması, bədəndə venaların üzə çıxması”.(medicina)

AzVision.az



Teqlər:





Xəbər lenti