Bakıda keçiriləcək kubokun vaxtı dəqiqləşib

Bakıda keçiriləcək kubokun vaxtı dəqiqləşib
  14 İyun 2014    Oxunub:1144
Şahmat üzrə Dünya Kuboku uğrunda yarışlar gələn il sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək.
Bu, FİDE-nin nümayəndə heyətinin Bakıya yoxlama səfəri zamanı məlum olub. AzVision.az xəbər verir ki, bu barədə beynəlxalq federasiya prezidentinin köməkçisi Berik Balqabayev Tvitterdə məlumat verib.

Xatırladaq ki, Dünya Kuboku yarışını Azərbaycan 2016-cı il Olimpiadası ilə “bir paketdə” əldə edib. Ölkə bu iki turniri keçirmək hüququnu iki il bundan əvvəl İstanbulda FİDE-nin Konqresində qazanmışdır.


Teqlər:  





Xəbər lenti