"Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır"

 "Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır"
  26 Oktyabr 2023    Oxunub:1479
"Maliyyə bazarları dövlətin iqtisadiyyat sisteminin ən böyük parçalarından biridir. Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan sahə də maliyyə bazarlarının maliyyə sistemidir".
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu da insanların maliyyə sisteminin əlçatanlığının təmin edilməsi üçün edilir:

"Nəticə də qlobal olaraq Mərkəzi Bank qarşısında yeni çağırışlar yaranır. Biz də buna müvafiq olaraq addımlarımızı atırıq. Mərkəzi Bankda qanuna müvafiq dəyişikliklər olub. Biz nəinki bank sektoru üzrə, həm də sığorta və kapital bazarları üzrə informasiya təhlükəsizliyini müəyyən edirik".

Mərkəzi Bankın baş direktoru qeyd edib ki, insanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətləri təşviq edir:

"Bu zərurətdən irəli gələrək maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını formalaşdırdıq və bazarda qiymətləndirmə etdik. Bu gün kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır. Bu bizi sevindirir. Gələcəkdə sığorta təşkilatları da burada olsa yaxşı olar. Bu barədə addımlar atılır. Çünki sığorta üzrə təkmilləşdirməyə ehtiyac var".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti