Alimlər alkoqolsuz pivənin zərərlərini aşkarlayıblar

Alimlər alkoqolsuz pivənin zərərlərini aşkarlayıblar
  27 Oktyabr 2023    Oxunub:2369
Alkoqolsuz pivə patogen bakteriyaların mənbəyi ola bilər. Belə bir qənaətə Kornell Universitetinin alimləri gəliblər.
Elm adamlarının araşdırmaları "Journal of Food Protection" jurnalında dərc olunub.

Biotexnoloqlar alkoqolsuz və ya az alkoqollu pivəyə 5 bakteriya ştammını ataraq 63 gün ərzində onların böyüməsinə nəzarət ediblər.

Az alkoqollu pivə patogenin inkişafının qarşısını alıb, alkoqolsuz pivə isə onu təşviq edib. Bağırsaq çöpü və salmonella nümunələri aşağı alkoqollu və alkoqolsuz pivələrdə sınaqdan keçirilmiş bütün temperaturlarda, turşuluqlarda və təzyiqlərdə sağ qala biliblər. "Listeria" bakteriyası isə məlum pivələrə daha az dayanıqlı olduğunu göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti