2000-dən çox tələbə ödənişsiz təhsil alacaq

2000-dən çox tələbə ödənişsiz təhsil alacaq
  27 Oktyabr 2023    Oxunub:1810
2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.
Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti