Bu günə qədər 25 min tələbəyə təhsil krediti verilib

   Bu günə qədər 25 min tələbəyə təhsil krediti verilib
  28 Oktyabr 2023    Oxunub:2026
Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.
Fonddan AzVision.az -a bildirilib ki, təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.

Bildirilib ki, bu günə qədər 25 min təhsil tələbə krediti verilib. Kreditdən yararlananların 72,47 faizi bakalavr, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində oxuyan tələbələrdir.

Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.

AzVision.az


Teqlər: Tələbə   Kredit  





Xəbər lenti