Paketə görə müştərinin qulağını dişlədi, 3 il iş aldı

Paketə görə müştərinin qulağını dişlədi,    3 il iş aldı
  31 Oktyabr 2023    Oxunub:1338
Rusiyanın Novorossiysk bölgəsinin sakini supermarketdə müştərilərdən birinə hücum edərək onun qulağını dişləyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Telegram kanalları məlumat yayıb.

Hadisə “Pyateroçka” mağazasında baş verib.

"Yerli sakin axşam saatlarında ora alış-veriş etmək üçün gəlib və kassada başqa bir müştəridən ona selofan paket almasını tələb edib.
Bu tələbdən təəccüblənən müştəri selofan almaqdan imtina edib. Yaranmış mübahisə tez bir zamanda davaya çevrilib. Tanımadığı adamdan paket tələb edən aqressiv vətəndaş müştərini divara sıxaraq onun sol qulağının bir hissəsini dişləyib", - məlumatda qeyd edilib.

Hücum edənin şəxsiyyəti tez bir zamanda müəyyən edilib və məhkəmə təqsirləndirilən şəxsi 3 il müddətinə azadlıqdan məhrum edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Müştəri  





Xəbər lenti