"Ögey atam məni sevirdi” - Nura Suri

"Ögey atam məni sevirdi”    - Nura Suri
  31 Oktyabr 2023    Oxunub:1801
“Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Nura Suri deyib.

O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:

“Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur”.

Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:

“Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib”.

Daha ətraflı Baku TV-nin süjetində:

AzVision.az



Teqlər:





Xəbər lenti