Nazirdən etiraf: “Dövlət xaricdə təhsilimə 130 min dollar xərcləyib”

      Nazirdən etiraf:    “Dövlət xaricdə təhsilimə 130 min dollar xərcləyib”
  01 Noyabr 2023    Oxunub:2447
“Bir çox hallarda universitetlərin yanaşması bundan ibarətdir ki, vətəndaşın maddi gücü nəyə çatırsa, ona uyğun bir ixtisasa yiyələnməsi üçün diplom versin”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

“Məsələn, vətəndaşın ödəmə qabiliyyəti 1 500 manatdırsa, universitet deyir ki, “tamam gəlin bir kompüter mühəndisi diplomunu verərəm”. Amma dünyada bir kompüter mühəndisi neçəyə başa gəlir? Müxtəlif ölkələrdə mühəndis hazırlamağa 15000-20000 xərclənir, biz 1500 manatla bunu edib, müqayisə edirik. Bu açıq müzakirələri qorxmadan etməliyik”.-, deyə o bildirib.

Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisələrində artıq rəqabət mühiti formalaşır:

“Lakin onlarda təhsil haqları da fərqlənir. Biz dövlət olaraq 8 min, 10 min avro ödədiyimiz proqramlar var. Məsələn, mənim xaricdə təhsilimə dövlət 130 min dollar xərcləyib”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti