Dünya çempionu kim olacaq?

Dünya çempionu kim olacaq?
  14 İyun 2014    Oxunub:1368
Beynəlxalq statistika şirkəti olan "Opta" Braziliyada təşkil olunan dünya çempionatının favoritlərini açıqlayıb.
AzVision.az Qol.Az-a istinadən xəbər verir ki, "DÇ-2010"dan bu yana yığmaların oyunlarını analiz edən şirkət Braziliyanı qarşıdakı mundialın əsas favoriti elan edib.

Braziliyanın dünya çempionu olmaq şansı 23,5 faiz olaraq göstərilir. Digər iki komanda isə Almaniya (16,5) və İspaniya (13,5) yığmalarıdır.

Braziliyanın finalda Almaniya ilə qarşılaşacağı proqnozlaşdırılır.

"Opta" şirkətinin araşdırmasına görə Qana, Əlcəzair, Avstraliya və Kamerun yığmalarının çempion olmaq şansları sıfıra bərabərdir.

Braziliya millisinin forvardı Neymarın (14,6 %) turnirin bombardiri olacağı iddia edilir.

Neymarın ən yaxın izləyiciləri kimi Lionel Messi (Argentina) və Kriştiano Ronaldonun (Portuqaliya) adları çəkilir.


Teqlər:  





Xəbər lenti