Azərbaycan nefti ucuzlaşır

   Azərbaycan nefti ucuzlaşır
  02 Noyabr 2023    Oxunub:924
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,17 dollar və ya 0,19% azalaraq 91,22 ABŞ dollarına enib.

Qeyd edək ki, ötən gün neftimiz 91,39 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti