Qarın ağrısına görə həkimə gedən 12 yaşlı qız hamilə çıxdı

   Qarın ağrısına görə həkimə gedən    12 yaşlı qız hamilə çıxdı
  02 Noyabr 2023    Oxunub:1772
Rusiyada azyaşlı qızın hamilə olması ilə bağlı qalmaqal yaşanıb. AzVision.az xəbər verir ki, yerli media qızın 12 yaşının olduğunu yazıb.
Qeyd edilir ki, Leninqrad vilayətində həkimə müraciət edən məktəbli qızın hamilə olması təsadüfən üzə çıxıb. 78.ru nəşri öz mənbəsinə istinadən yazır ki, Vsevoljski rayonun sakini olan azyaşlı qarın ağrılarından şikayət edirmiş.

8 yaşlı qızı zorlamaq istəyən pedofil erməni həbs edildi
"Müayinədən sonra həkimlər məktəblinin hamilə olduğunu müəyyən ediblər və həmçinin qızın uşağı itirmə riskinin olduğunu müəyyən ediblər. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır", - məqalədə yazılıb.

Xatırladaq ki, avqust ayında da oxşar qalmaqallı hadisə yaşanmışdı. Həkimlər Moskva yaxınlığındakı Volokolamskdan olan 14 yaşlı məktəbli qızın hamilə olmasını təsadüfən müəyyən etmişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Hamilə   Rusiya  





Xəbər lenti