Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

   Azərbaycan neftinin qiyməti 91 dolları ötüb
  03 Noyabr 2023    Oxunub:1036
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,07 dollar azalaraq 91,15 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.

AzVision.az


Teqlər:





Xəbər lenti