"Son beş ildə əməkhaqqı fondu 2,7 dəfə artıb"

   "Son beş ildə əməkhaqqı fondu 2,7 dəfə artıb"
  04 Noyabr 2023    Oxunub:1471
Ötən dövr ərzində aidiyyəti qurumlarla birgə keçirdiyimiz həm inzibati, həm də böyük stimullaşdırıcı tədbirlər imkan verdi ki, son beş il ərzində - 2019-cu ilin yanvarı ilə müqayisədə bu günə əməkhaqqı fondu ölkədə 2,7, median əməkhaqqı 2,5 dəfə artsın.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

Nazir bildirib: “Bu gün Azərbaycanda əməkhaqqı fondu ÜDM-in 20 faizindən aşağıdır. Əgər biz arzu ediriksə ki, bu kimi parametrlərimiz müsbət bir rəqəmə çatsın, onda Azərbaycanda əməkhaqqı fondu ÜDM-in ən azı 28 -30 faizinə çatmalıdır. O zaman pensiya, sosial sığorta sistemi daha sürətli rəqəmlərlə artacaq”, - deyə nazir qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti