“Eurovision - 2015”ə qatılmayacaq ilk ölkə

“Eurovision - 2015”ə qatılmayacaq ilk ölkə
  17 İyun 2014    Oxunub:1510
Andorranın ictimai televiziyası RTVA bəyan edib ki, ölkə 2015-ci ilin mayında Avstriyada keçiriləcək “Evrovision” (Avroviziya) musiqi yarışmasında iştirak etməyəcək.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən məlumat verir.

“RTVA və Andorra maliyyə səbəblərinə görə, 2015-ci il “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək. Hazırda bizim müsabiqəyə qayıtmaq barədə planımız yoxdur”, -deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu il Andorranın müsabiqədə ilk dəfə iştirakından 10 il keçir. Bu ölkəni ilk dəfə müsabiqədə Marta Rour “Jugarem a estimar-nos” adlı mahnı ilə təmsil edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti