Bəşir Hacıyev: "Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir"

      Bəşir Hacıyev:    "Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir"
  13 Dekabr 2023    Oxunub:1673
Ağdam şəhərində Bərdə-Ağdam yolu yekunlaşmaq üzrədir. Ağdam-Füzuli, Ağdam-Ağcabədi yolunun növbəti il yekunlaşması gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Bərdə-Ağdam dəmir yolunun inşasının yekunlaşması gözlənilir və ərazidə “AzərEnerji” ASC tərəfindən iki yarımstansiya istifadəyə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti