Emin Əmrullayev: "Son 90 ildə təhsilin məzmunu dəyişməyib"

      Emin Əmrullayev:    "Son 90 ildə təhsilin məzmunu dəyişməyib"
  15 Dekabr 2023    Oxunub:1884
"Siniflər və tədris fənləri üzrə dərs saatlarının müqayisəsinə gəlincə təhsilin məzmunu son 90 il ərzində dəyişməyib. Bu gün tətbiq etdiyimiz model çox az dəyişikliyə məruz qalıb. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O, bunun belə olmasının səbəbinin cəmiyyətin mühafizəkar mövqeyə sahib olması ilə əlaqələndirib.

"Düşünürlər ki, onların 30 il əvvəl öyrəndikləri şagirdlərə son 30 ildə də lazım olacaq. Lakin bu elə deyil. Burada söhbət yanaşmaların və metodologiyaların dəyişməsindən gedir".

Nazir qeyd edib ki, məzmun baxımından müəyyən dəyişikliklər baş verir.

"Yeni tətbiq olunan dərsliklərimiz daha mütərəqqidir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti