"Müəllimlərin bir qismi daimi ştata keçiriləcək"- Nazir

   "Müəllimlərin bir qismi daimi ştata keçiriləcək"-    Nazir
  15 Dekabr 2023    Oxunub:2245
"Müəllimlərin əmək haqları dərs saatlarına əsasən formalaşır. Bu gün 28 min müəllimin əmək haqqıqı 500 manata qədərdir. Onlar həftədə 7 saat dərs deyir".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, bu, müəllimlərin işə götürülməsində əvvəllər olan problemdən qaynaqlanır.

"Hal- hazırda elə məktəblərimiz var ki, orada 4 ibtidai sinifə 28-30 ibtidai sinif müəllimi düşür. Bu gün dərs saatı 26 saat olan müəllimlərin əmək haqqısı 1000-1500 manat arasında dəyişir".

Nazir bildirib ki, növbəti illərdə müəllimlərin bir qisminin daimi ştata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə iş gedir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti