"Bakı istiqamətində səfərlərin 46 faizi mərkəzin payına düşür"

   "Bakı istiqamətində səfərlərin 46 faizi mərkəzin payına düşür"
  18 Dekabr 2023    Oxunub:1590
"Bakı istiqamətində bütün səfərlərin 46 faizi mərkəzin payına düşür".
AzVision.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib. Onun sözlərinə görə, səfərlərin əksəriyyəti Sumqayıt, Xırdalan, Binəqədi istiqamətindən Bakıya doğrudur.

"13 faiz səfərlərdə Bakının mərkəzindən tranzit kimi istifadə edilir. Bakı ilə Xətai rayonu arasında bütün səfərlərin 50 faizi baş verir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti