Kolumbiya qalib gəldi - Dünya Çempionatı

Kolumbiya qalib gəldi - Dünya Çempionatı
  20 İyun 2014    Oxunub:1233
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatında növbəti oyun keçirilib.
AzVision.az xəbər verir ki, bu gün axşam yerli vaxtla 21:00-da Braziliya şəhərindəki “Nasional” stadionunda “C” qrupunda mübarizə aparanKolumbiya və Fil Dişi Sahili yığmaları qarşılaşıblar.

İngiltərəli baş hakim Hovard Uebbin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Kolumbiya komandası Fil Dişi Sahili millisini 2:1 hesabı ilə məğlub edərək dünya çempionatında ikinci qələbəsini qazaıb.

Oyunun 64-cü və 70-ci dəqiqələrində kolumbiyalı futbolçular James və Quintero fərqləniblər. Fil Dişi Sahili yığmasının yeganə qolunu isə 73-cü dəqiqədə Jervinyo vurub.


Teqlər:





Xəbər lenti