Bu il dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib

   Bu il dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
  26 Dekabr 2023    Oxunub:1280
Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 436,7 milyon manat kredit verilib.
Mərkəzi Bankdan AzVision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 29,2 % artaraq 452,6 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 1,3 % azalaraq 370 milyon manata, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8 % azalaraq 87,6 milyon manata düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti