2024-ün ilk beynəlxalq yarışında ölkəmizi onlar təmsil edəcək

2024-ün ilk beynəlxalq yarışında ölkəmizi onlar təmsil edəcək
  02 Yanvar 2024    Oxunub:1039
Azərbaycanın güləş yığmalarının bu ay Xorvatiyada keçiriləcək “Zaqreb Open” turniri üçün heyəti açıqlanıb.
AzVision.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, 2024-cü ilin ilk beynəlxalq yarışında milli komandaların ümumilikdə 28 üzvü qüvvəsini sınayacaq.

Azərbaycanı sərbəst güləşdə İslam Bazarqanov (57 kiloqram), Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram), Zirəddin Bayramov (65 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Arsen Cioyev, Osman Nurməhəmmədov (hər ikisi 86 kiloqram), Giorgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kiloqram) təmsil edəcəklər.

Yunan-Roma güləşində Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Xasay Həsənli, Sənan Süleymanov (hər ikisi 77 kiloqram), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kiloqram), Murat Lokyayev, Murad Əhmədiyev (hər ikisi 97 kiloqram), Sabah Şəriəti, və Beka Kandelaki (hər ikisi 130 kiloqram) medal qazanmağa çalışacaqlar.

Qadın güləşi üzrə isə Elnurə Məmmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Alyona Kolesnik (59 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Monolova (68 kiloqram) mübarizə aparacaqlar.

Qeyd edək ki, “Zaqreb Open” turniri yanvarın 10-15-də təşkil olunacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti