“Araz-Naxçıvan” məşqləri bərpa etdi

“Araz-Naxçıvan” məşqləri bərpa etdi
  05 Yanvar 2024    Oxunub:1367
Dekabrın 24-də “Turan Tovuz”la keçirilən oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini bərpa edib.
AzVision.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bir araya gələn komanda üzvləri fitnes zalında məşq edib.

“Qırmızı-ağlar” sabahdan etibarən çalışmalarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında reallaşdıracaq.

Qeyd edək ki, toplanışın ilk mərhələsinin yekununda – yanvarın 10-da "Araz-Naxçıvan" “Zirə” ilə yoldaşlıq oyunu keçirəcək. Matçın ertəsi gün istirahət edəcək komanda yanvarın 12-də Qəbələyə yola düşəcək. 3 gün orada hazırlıq keçəcək “Araz-Naxçıvan” yanvarın 15-də "Qəbələ" ilə üz-üzə gələcək. Bu matçdan sonra Bakıya dönəcək “qırmızı-ağlar” 2 günlük istirahətdən sonra Misli Premyer Liqasının 19-cu turunda “Qarabağ”la keçirəcəyi matça hazırlaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti