"COP29 sammiti ilə yeni dövrə qədəm qoyacağıq" - Sədr

   "COP29 sammiti ilə yeni dövrə qədəm qoyacağıq" -    Sədr
  11 Yanvar 2024    Oxunub:1125
"Bu il ölkəmiz COP29 sammitinə ev sahibliyi edəcək. Bu tədbirlə 2024-cü ildə ölkəmizdə turizm və qonaqpərvərlik sənayesinin yeni dövrünə qədəm qoyacaq".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Hotel Assosiasiyasının idarə heyətinin sədri Eldar Əlimuradov Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, beynəlxalq tədbirlə ölkəmizin unikal turizm destinasiyası kimi tanıdılması davam edəcək.

E.Əlimuradov qeyd edib ki, 2022-ci il üzrə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757, nömrələrin sayı 27312, çarpayı yerlərinin sayı 56562 olub.

"Bu il bir neçə yeni brendlərin də bu siyahıya qatılacağını və nömrə fondunun daha da artacağını gözləyirik.Təbii ki, bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticəsidir".

Pandemiya dövründə hotelçilik institutunun ən böyük zərbə alan sahələrdən olduğunu xatırladan Assosiasiya sədri qeyd edib ki, onlardan bəziləri karantin müəssisəsi kimi vətəndaşlar və səhiyyə işçilərinə verilib.

"Bu dövrdə 30 hotelin ödənişsiz ulduz təsnifatının keçirilməsi bərpa turunda onlar üçün vacib idi. Tezliklə Qarabağda beynəlxalq investorlar tərəfindən hotel şəbəkələrinin olacağına inanırıq".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti