Yəmən münaqişəsi: İran Yaxın Şərqin neft arteriyasını kəsə bilər

      Yəmən münaqişəsi:    İran Yaxın Şərqin neft arteriyasını kəsə bilər
  12 Yanvar 2024    Oxunub:1595
ABŞ və Böyük Britaniyanın Yəməndəki əməliyyatları fonunda İranın mümkün tədbirləri halında qlobal yanacaq tədarükünün təxminən 20%-i risk altında olacaq.
Bu fikri Bloomberg ekspertlərə istinadən yazıb. İranın Hörmüz boğazı vasitəsilə yük daşımalarını məhdudlaşdırmaq üçün potensial tədbirləri yanacaq bazarlarına xüsusi təsir göstərə bilər.

Blinken ərəb ölkələrini husilərlə bağlı razı sala bilməyib
Bu halda dünya neft və maye qaz ehtiyatlarının 20%-ə qədəri təsir altına düşə bilər. Qeyd olunub ki, Hörmüz boğazının bağlanmasının nəticələri Ukraynadakı münaqişənin yanacaq bazarlarına təsirindən iki dəfə çox olacaq.

ABŞ və İngiltərənin Yəmən husilərinin mövqelərinə hücumlarına neft istisna olmaqla yanacaq bazarları hələ də cavab verməyib. MST Marquee tədqiqat platformasının analitiki Sola Kavoniçin sözlərinə görə, Yaxın Şərqdə eskalasiya səbəbindən neft və qaz nəqli üçün potensial təhlükə lazımi səviyyədə qiymətləndirilməyib.

Qeyd edək ki , ABŞ və Britaniya qüvvələri Yəmənin Səna, Səada, Hudeyda, Taiz və Dhamar da daxil olmaqla bir sıra şəhərlərində “Ənsar Allah” hədəflərinə təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti