Dəm qazından zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır

Dəm qazından zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır
  16 Yanvar 2024    Oxunub:952
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
AzVision.az



Teqlər:





Xəbər lenti