Bir ildə yol qəzaları 591 can aldı

  Bir ildə yol qəzaları 591 can aldı
  22 Yanvar 2024    Oxunub:1208
2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.

Bu barədə AzVision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, onlardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.

Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.

Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir.

AzVision.az



Teqlər:





Xəbər lenti