“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bilindi
  23 İyun 2014    Oxunub:1068
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubunun da rəqibi bilinib.

Son Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Malta təmsilşisi "Valetta" ilə qarşılaşacaq.

Qeyd edək ki, ikinci təsnifat məhələsində ilk oyunlar 15-16 iyul, cavab qarşılaşmaları isə 22-23 iyul tarixlərində keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti