Polşa Aİ-nin “yaşıl strategiyası”nı kabus adlandırdı

Polşa Aİ-nin “yaşıl strategiyası”nı kabus adlandırdı
  26 Yanvar 2024    Oxunub:1067
“2050-ci ilə qədər xalis sıfır karbon emissiyasına nail olmağı hədəfləyən Avropa Birliyinin (Aİ) “Yaşıl Sövdələşmə” strategiyası Polşa kənd təsərrüfatı üçün çox vergi tələb edir”.
Bu barədə Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekerski məlumat verib. Onun sözlərinə görə, “Yaşıl Sövdələşmə” çox ağır yükdür, xərcləri artırır və Polşa kənd təsərrüfatının rəqabət qabiliyyətini azaldır.

Sekerski qeyd edib ki, “Yaşıl Sövdələşməni” kabus adlandırmaq mümkündür. Nazir qeyd edib ki, onun idarəsi Aİ kursunun ən irrasional şəkildə tərtib edilmiş bəndlərini məhdudlaşdırmağa və dəyişdirməyə çalışacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti