Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq?

Sovet dövründən sahibsiz qalmış əmlakların taleyi necə olacaq?
  30 Yanvar 2024    Oxunub:1170
Azərbaycanda sovet dövründən qalan bəzi sahibsiz əmlakların özəlləşdirilməməsinin səbəbləri açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev jurnalistlərə açıqlamasında belə əmlakların sayının az olduğunu deyib

“Onların özəlləşməməsinin bir səbəbi investorların həmin əmlaklara maraqlarının olmamasıdır. 20 ildən çoxdur onlar özəlləşməyə açılsa da, heç bir investorun marağını çəkməyib. İkinci səbəb, Bakının gələcək inkişafı ilə bağlıdır. Əvvəllər gözləyirdik ki, Bakının Baş planı təsdiq olunsun və Baş plana uyğun həmin obyektlərin yerləşdiyi ərazilərin təyinatı, ərazidə hansı obyektlərin yaradılacağı müəyyən edilsin. Artıq Baş plan təsdiq olunub və ona uyğun olaraq həmin müəssisələrlə bağlı müvafiq qərarlar qəbul olunacaq, biz də bu qərarları icra edəcəyik”, - deyə M. Eynullayev bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti